Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə ixtisas seçimi başa çatıb

Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə ixtisas seçimi başa çatıb
# 20 avqust 2016 08:46 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi başa çatıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən məlumata görə, ali təhsil müəssisələrinin I-V ixtisas qruplarının və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə 551 abituriyent qəbul olmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib. Orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərdən 18551 nəfəri elektron ərizəsini təsdiq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR