Zakir Həsənov: "Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı yüksələn xətt üzrə inkişaf edir"

Zakir Həsənov: "Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı yüksələn xətt üzrə inkişaf edir"
# 15 may 2016 10:31 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov-APA. Bu gün Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizə rəsmi səfərə gələn Türkiyə milli müdafiə naziri İsmət Yılmaz ilə ikitərəfli formatda danışıqlar aparılması üçün görüşüb.

APA-nın məlumatına görə, nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Z. Həsənov Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini və ölkələrimiz üçün faydalı olduğunu qeyd edib.

İ. Yılmaz Azərbaycan-Türkiyə qarşılıqlı münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin rolu və əhəmiyyətindən danışıb. Daha sonra regional və qarşılıqlı əməkdaşlıqla bağlı digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşkun iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR