Türkiyədə həbs olunmuş generallardan biri sərbəst buraxılıb

Türkiyədə həbs olunmuş generallardan biri sərbəst buraxılıb
# 19 iyul 2016 08:36 (UTC +04:00)

Bakı – APA. Türkiyədə hərbi çevriliş cəhdi ilə əlaqədar saxlanılmış generallardan biri sərbəst buraxılıb.

APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, iyulun 16-da səhərə yaxın polis tərəfindən saxlanılan, Çanaqqala vilayətində dislokasiya olunmuş 18-ci mexanikləşdirilmiş diviziyanın komandiri, general İsmayıl Gürgən azadlıqdadır.

Polis tərəfindən məhkəmə önünə çıxarılan İ. Gürgən azadlığa buraxılıb. O, istintaq dövründə azadlıqda qalacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR