"Azər Türk Bank" Gəncə filialının yeni ofisini istifadəyə verib

"Azər Türk Bank" Gəncə filialının yeni ofisini istifadəyə verib
# 14 oktyabr 2015 09:39 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Azər Türk Bank” ASC-nin Gəncə filialının yeni ofisinin açılışı olub.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, bankın müasir inkişaf konsepsiyasına uyğun qurularaq modern bankçılıq texnologiyaları ilə təchiz edilmiş ofisdə müştərilərə ən yüksək səviyyədə xidmət üçün hər bir şərait yaradılıb.

Gəncə şəhəri, M.A.Abbaszadə küç.35 ünvanında yerləşən Gəncə filialı həftə içi hər gün saat 09:30-dan 17:00-a qədər müştərilərin xidmətindədir. Burada fərdi və korporativ müştərilərə depozitlər, müxtəlif növ kredit məhsulları, valyuta mübadiləsi, ödəniş kartları, hesablaşma-kassa xidmətləri, təcili pul köçürmələri üzrə əməliyyatlar da daxil olmaqla bütün növ bank xidmətləri göstərilir.

Xatırladaq ki, bu, “Azər Türk Bank”ın 2015-ci il ərzində istifadəyə verilmiş sayca beşinci yeni xidmət ofisidir. Bundan əvvəl, Bakı şəhərində Bankın “Yasamal” filialı və 5 saylı ASAN Xidmət Mərkəzində 1 saylı şöbəsi yaradılıb. Eyni zamanda “Bakı” və “Mərkəz” filiallarının müasir standartlara uyğun qurulmuş yeni ofislərinin açılışı olub.

1995-ci ildən fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75%-i Azərbaycan dövlətinə məxsusdur. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatları www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli məlumat mərkəzindən əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR