Tovuzda ikimərtəbəli binada yanğın olub

Tovuzda ikimərtəbəli binada yanğın olub
# 07 yanvar 2016 00:42 (UTC +04:00)

Bakı-APA. Tovuz rayonunda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Tovuz rayonu, Xatınlı kəndində (rayon mərkəzindən 9 km aralı) ikimərtəbəli binanın 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan 1 otaqlı mənzilin döşəməsi 5 kv.m sahədə yanıb və taxtadan ibarət divar üzlüyü 3 kv.m qaralıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR