Murad Səttarlı: “Andorra ilə heç-heçə etmək bizə də xoş deyil”

Murad Səttarlı: “Andorra ilə heç-heçə etmək bizə də xoş deyil”
# 27 may 2016 11:06 (UTC +04:00)

Bakı – APA. “Oyuna tamamilə nəzarət etdik. Fasilə vermədən hücuma atıldıq. Rəqib isə əks-hücumlara bel bağlamışdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının futbolçusu Murad Səttarlı deyib.

AZAL-ın yarımmüdafiəçisi millimizin dünən Andorra ilə keçirdiyi yoxlama matçında (0:0) iştirak edib.

Yığmanın heyətində debüt matçını keçirən gənc futbolçu oyunla bağlı fikirlərini bölüşüb: “Çoxlu qol vəziyyətləri yaratdıq, ancaq fərqlənə bilmədik. Andorra ilə heç-heçə etmək bizə də xoş deyil. Qalib gəlməli idik. Bəxtimiz gətirmədi. Debüt oyunumda özümü yaxşı tərəfdən göstərməyə çalışdım. Robert Prosineçkinin 1 matça əsasən mənim bağlı fikir yürüdəcəyini düşünmürəm. Qarşıda daha 2 görüş var. Ümid edirəm ki, Makedoniya və Kanada ilə matçlarda da mənə şans verəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR