Rövnəq Abdullayev: "Bəzi layihələrin icrasında çətinliklər olsa da, mühüm layihələr icra olunur"

Rövnəq Abdullayev: "Bəzi layihələrin icrasında çətinliklər olsa da, mühüm layihələr icra olunur"
# 14 sentyabr 2015 07:44 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Dünya bazarında neftin ucuzlaşması səbəbindən SOCAR bəzi layihələrin icrasında çətinliklər yaranıb. Lakin mühüm layihələrin icrası davam edir və davam etdiriləcək".

"APA-Economics"in məlumatına görə, bunu bu gün Bakı Ali Neft Məktəbində ali təhsil ocağına qəbul olmuş tələbələrlə görüşdə SOCAR prezidenti Rövnəq Abdullayev deyib.

SOCAR prezidenti deyib ki, icrası dayandırılmayan vacib layihələrdən biri də Bakı Ali Neft Məktəbinin tikintisidir: "Neftin qiymətinin enməsinə baxmayaraq, biz Bakı Ali Neft Məktəbinin tikintisini dayandırmırıq. Bu ali məktəbin inşası sürətlə davam edir".

R. Abdullayev qeyd edib ki, böyük ehtimalla, bu ilin sonunadək adıçəkilən ali məktəbin inşası yekunlaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR