ARDNF AÇQ və “Şahdəniz” üzrə gəlirlərini açıqlayıb

ARDNF AÇQ və “Şahdəniz” üzrə gəlirlərini açıqlayıb
# 01 oktyabr 2015 09:54 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Azəri-Çıraq-Günəşli (AÇQ) yataqlar bloku və “Şahdəniz” qaz kondensat yatağından bu il əldə edilən gəlirlərini açıqlayıb.

ARDNF-dən “APA-Economics”ə verilən məlumata görə, bu ilin yanvar-sentyabr aylarında AÇQ yataqları üzrə fond 5 225 mln. ABŞ dolları, “Şahdəniz” yatağı üzrə isə 274 mln. ABŞ dolları həcmində gəlir əldə edib.

Ümumiyyətlə, 2001-ci ildən etibarən AÇQ yataqlar bloku üzrə 115,376 mln. ABŞ dolları, “Şahdəniz” yatağı üzrə isə 2, 394 mlrd. ABŞ dolları həcmində gəlir əldə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR