Türkiyənin Şırnaq vilayətində 63 terrorçu öldürülüb

Türkiyənin Şırnaq vilayətində 63 terrorçu öldürülüb
# 04 mart 2016 12:58 (UTC +04:00)

Bakı-APA. Türkiyənin müxtəlif vilayətlərində aparılan anti-terror əməliyyatları davam edir.


APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, Şırnaq vilayətinin İdil rayonunda fevralın 18-də başlayan əməliyyatlarda bu günə qədər 63 terrorçu öldürülüb, 3 terrorçu yaxalanıb.

Rayonda küçələrdə partlayıcı qurğular quraşdırılmış çuxurlar qapadılır, barrikadalar götürülür. İndiyə qədər 132 barrikada götürülüb, 42 çuxur qapadılıb, 283 partlayıcı qurğu zərərsizləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR