"Kapital Bank" 90-cı filialını açıb

"Kapital Bank" 90-cı filialını açıb
# 11 may 2016 09:14 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Kapital Bank” filial şəbəkəsinin optimallaşdırılması layihəsi çərçivəsində metronun “Gənclik” stansiyasının yaxınlığında yerləşən “Gənclik Mall” ticarət-əyləncə mərkəzində sayca 90-cı filialını istifadəyə verib. Bankdan “APA-Economics”ə verilən xəbərə görə, müştərilər yeni konsepsiya əsasında təmir edilən filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər.

“Kapital Bank”ın yeni “Gənclik Mall” filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi, hesabların açılması və sair bank xidmətləri təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün zəruri şəraitə və imkanlara malikdir.

Qeyd edək ki, “Kapital Bank” filial şəbəkəsinin optimallaşdırılması istiqamətində müəyyən tədbirlər həyata keçirir. 2016-cı il ərzində bankın 3 şöbəsi filiallara yönəldilib. Bu il ərzində ümumilikdə 4 şəhər və 6 regional filial binası yeni konsepsiyaya uyğun əsaslı təmir olunacaq. Bankın yenilənmiş filiallarında vahid korporativ interyer dizayn standartları tətbiq edilib və bu proses hazırda davam edir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 sorğu mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR