Ağstafada 13 yaşlı qızı maşın vurub

Ağstafada 13 yaşlı qızı maşın vurub
# 16 may 2016 12:40 (UTC +04:00)

Ağstafa. Azər Məmmədli – APA. Ağstafada piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Vurğun qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 2003-cü il təvəllüdlü Zəhra Seymur qızı Kazımova yolu keçmək istəyərkən hərəkətdə olan “VAZ 21011” markalı avtomobil tərəfindən vurulub. Xəsarət alan qız sürücü tərəfindən dərhal Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin normal olduğu bildirilir.


Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR