Seulda Azərbaycan milli mətbəx nümunələri nümayiş olunub

Seulda Azərbaycan milli mətbəx nümunələri nümayiş olunub
# 13 oktyabr 2015 15:41 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Koreya Respublikasının Seul şəhərində yerləşən "COEX" sərgi mərkəzində Koreya Qırmızı Xaç Cəmiyyətinin təşkilatçılığı ilə xeyriyyə bazarı təşkil edilib.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin “facebook” səhifəsində məlumat verilib.

Bazarda Seulda fəaliyyət göstərən "Bakı" restoranı tərəfindən ölkəmizin milli mətbəx nümunələrinin nümayişi və satışı həyata keçirilib.

Bazarın sonunda əldə edilmiş vəsait xeyriyyə yardımı məqsədilə Koreya Qırmızı Xaç Cəmiyyətinə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR