Moskva Baş Polis İdarəsinin rəisi işdən çıxmaq barədə ərizə yazıb

Moskva Baş Polis İdarəsinin rəisi işdən çıxmaq barədə ərizə yazıb
# 23 sentyabr 2016 09:55 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Moskva Baş Polis İdarəsinin rəisi Anatoli Yakunin işdən çıxmaq barədə ərizə yazıb.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə TASS agentliyi məlumat yayıb.

"Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsinin rəisi Anatoli Yakunin yaxın vaxtlarda vəzifəsindən gedəcək. O, artıq işdən çıxması ilə bağlı raport yazıb. Lakin onun xidmətini harda davam etdirəcəyi məlum deyil. Mümkündür ki, Yakuninin yeni iş yeri Rusiya DİN-in mərkəzi aparatı olacaq", - deyə TASS-ın məlumatında qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR