İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər qəbul edilib

İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər qəbul edilib
# 06 may 2016 11:58 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Milli Məclisin plenar iclasında İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb.


APA-nın məlumatına görə, dəyişikliklərdə bir sıra qanunsuz hərəkətlərlə əlaqədar tətbiq edilən cərimələrin sərtləşdirilməsi nəzərdə tutulur.

Dəyişikliklərdə qanunsuz lotereya və idman mərc oyunlarının keçirilməsi, yalançı sahibkarlıq, saxta müflisləşmə, əmtəə nişanlarından qanunsuz istifadə etmə, qəsdən müflisləşmə, istehlakçıların hüquqlarının pozulması və digər qanunsuz hərəkətlərin daha sərt cərimələnməsi təklif edilir.

Dəyişikliklər müzakirələrdən sonra səsə qoyularaq qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR