Azərbaycan XİN başçısı: "Gələn ayın ortasında həmsədrlərlə görüş nəzərdə tutulur"

Azərbaycan XİN başçısı: "Gələn ayın ortasında həmsədrlərlə görüş nəzərdə tutulur"
# 29 aprel 2016 11:34 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. "Həmsədrlərlə təmasdayıq".

APA-nın məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov maltalı həmkarı Corc Vella ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, həmsədrlərlə görüş gələn ayın ortasında Avropanın şəhərlərindən birində keçiriləcək tədbir çərçivəsində baş tuta bilər.

"Görüş keçirilməsinə mən də razılıq vermişəm. Çox güman ki, Brüsseldə olacaq. Yaxın vaxtlarda bununla bağlı açıqlama verəcəyik", - deyə nazir bildirib.

Qeyd edək ki, mayın 23-də Brüsseldə "Şərq tərəfdaşlığı" ölkələri xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR