Tural Abbaslı: “Vahid Azərbaycan Partiyasının sədrliyinə namizəd olacağam”

Tural Abbaslı: “Vahid Azərbaycan Partiyasının sədrliyinə namizəd olacağam”
# 17 may 2016 11:16 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Vahid Azərbaycan Partiyasının sədri Kərrar Əbilov vəfat edib. Ona görə də partiyanın sədr postu boş qalıb”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanlığına sabiq namizəd, Vahid Azərbaycan Partiyasının (VAP) üzvü Tural Abbaslı deyib.

T. Abbaslı həmtəsisçisi olduğu “Ağ blok”un partiyaya çevriləcəyi haqqında bəyanatlara baxmayaraq, VAP-da təmsil olunmaqla bağlı qərarın səbəblərini açıqlayıb. O bildirib ki, yeni partiya yaradılması işi çətin olduğundan belə bir addım atmağı qərara alıb: ““Ağ blok”un siyasi partiyaya çevrilməsi istiqamətində çalışırdıq. Bu da alternativlərdən biri idi ki, hansısa partiyaya üzv olub, orada siyasi fəaliyyətimizi davam etdirək. Partiyanı yenidən yaratmaq qəliz məsələdir, onun qeydiyyata alınması isə çox çətindir. Ancaq hazır partiya varsa, təmsilçilik problem deyil. Bu baxımdan Vahid Azərbaycan Partiyasını daha məqbul hesab etdik. Ümumiyyətlə, Azərbaycanda qeydiyyatdan keçmiş 55 siyasi partiya olsa da, bunlardan təxminən 10-u siyasi fəaliyyətlə məşğuldur”.

T. Abbaslı partiyanın qurultay məsələsinə də toxunaraq, bu istiqamətdə müzakirələr aparıldığını deyib: “Yaxın vaxtlarda qurultay haqqında ətraflı məlumat veriləcək. Partiyanın sədr postu boş olduğundan qurultayda Vahid Azərbaycan Partiyasının sədrliyinə namizəd olacağam. Bu partiya əvvəllər siyasi səhnədə kifayət qədər aktiv olub. Əminəm ki, biz də öz fəaliyyətimizlə partiyanın güclənməsinə və Azərbaycan siyasi səhnəsində öz yerini tutmasına nail olacağıq”

O qeyd edib ki, “Ağ blok” siyasi partiya olmadığı üçün fəaliyyətini davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR