Konstantin Kosaçov: "Parlamentarilər öz gücləri ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə yardımçı olmalıdırlar"

Konstantin Kosaçov: "Parlamentarilər öz gücləri ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə yardımçı olmalıdırlar"
# 11 may 2016 00:24 (UTC +04:00)

Moskva. Fərid Əkbərov-APA. "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması sözsüz ki, hər zaman parlamentarilər arasında müzakirə predmeti olub. Lakin adından da göründüyü kimi bu müzakirələrdir, danışıqlar deyil. Danışıqlar münaqişə tərəfləri arasında ATƏT-in Minsk Qrupu çərçivəsində gedir". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Konstantin Kosaçov bildirib.

"Bu çox mürəkkəb prosesdir, hansı ki, siyasi platformada kənardan müdaxiləni qəbul etmir. Mən özüm də parlamentariyəm. Lakin münaqişələrin nizamlanması professionalların, dövlət rəhbərlərinin və diplomatların, peşəkar vasitəçilərin işidir. Parlamentarilər isə öz gücləri ilə bu münaqişələrin həllinə yardımçı olmalıdırlar. Əminəm ki, bizdə bu, alınır. Biz Dağlıq Qarabağ münaqişəsinin həllini ikitərəfli və çoxtərəfli formatlarda müzakirə edirik. Ümid edirəm ki, heç vaxt danışıqlar prosesinə ziyan verməmişik. Bundan sonra da Dağlıq Qarabağı münaqişəsinin həllinə yardımçı olmağa mütləq davam edəcəyik", - deyə rusiyalı parlamentari qeyd edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR