Dağıstan və Azərbaycan birgə qum istehsalı müəssisəsi yaradır

Dağıstan və Azərbaycan birgə qum istehsalı müəssisəsi yaradır
# 27 aprel 2016 07:12 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “May ayında Bakıda keçiriləcək Dağıstan Günləri çərçivəsində biz öz iqtisadiyyatımızın, mədəniyyətimizin, turizm potensialımızın təqdimatını keçirəcəyik". "APA-Economics" xəbər verir ki, bunu TASS agentliyinə müsahibəsində Dağıstanın rəhbəri Ramazan Abdullatipov deyib.

Onun sözlərinə görə, ümumilikdə Bakıda 30 layihənin təqdimatı keçiriləcək: "Bilirsiniz ki, Dağıstan faydalı qazıntıların ehtiyatına görə, Rusiyada birinci yer tutur. Bu baxımdan faydalı qazıntıların hasilatı və emalı sahəsində layihələrin təqdimatı olacaq. Bundan başqa, artıq Azərbaycan tərəfi ilə qum istehsalı ilə məşğul olan müəssisənin yaradılması üzrə ilkin razılıq əldə olunub. Mən Dağıstanın rəhbərliyinə gətirilən zaman faydalı qazıntılardan əldə olunan gəlir cəmi 7 milyon rubl təşkil edirdi, indi isə bu rəqəm 300 milyon rubldur. Biz bu rəqəmi 1 milyard rubla çatdırmaq niyyətindəyik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR