"Azəryolservis" ASC-nin əməkdaşları peşə bayramlarını qeyd edib

"Azəryolservis" ASC-nin əməkdaşları peşə bayramlarını qeyd edib
# 22 fevral 2016 14:54 (UTC +04:00)

Bakı - APA-Economics. Ölkəmizin bütün regionlarında, eləcə də Bakıda yol infratsrukturu sahəsində kompleks tədbirlər həyata keçirilir, dövlət başçısı tərəfindən mütəmadi olaraq imzalanmış sərəncamlar sözügedən sahənin daha da yeniləşdirilməsi üçün geniş imkanlar yaradır.

"APA-Economics" xəbər verir ki, bu barədə "Azəryolsevis" ASC-nin sədri Saleh Məmmədov 22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı günü münasibəti ilə keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən və ölkəmizdə 2004-cü ildən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində yol infrastrukturunun yenilənməsi müasir Azərbaycanın mənzərəsini xarakterizə edən əsas cəhətlərdəndir.

Sonda "Azəryolservis" ASC-də uzunmüddətli, səmərəli əmək fəaliyyəti nəzərə alınaraq S. Məmmədov tərəfindən bəzi əməkdaşlara mükafatlar təqdim edilib.

Qeyd edək ki, tədbirdən öncə "Azəryolservis" ASC-nin kollektivi Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Daha sonra “Azəryolservis” ASC-nin kollektivi Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş vətən övladlarının xatirəsini ehtiramla yad ediblər, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR