İmişlidə 3 yaşlı uşaq kanalda boğulub

İmişlidə 3 yaşlı uşaq kanalda boğulub
# 17 fevral 2016 21:11 (UTC +04:00)

İmişli. Əlibəy Zeynallı-APA. İmişlidə 3 yaşlı uşaq kanalda boğulub

APA-nı Mil-Muğan bürosunun verdiyi məlunata görə, hadisə İmişli rayonunun Oruclu kəndində qeydə alınıb.

Səhər saatlarında 3 yaşlı (2013-cü il təvəllüdlü) Mənsimova Mələk Azər qızı itdiyi məlum olub.

Uşağın itdiyini zənn edən və onun axtaran ailə üzvləri axşam saatlarında yaxınlıqdan keçən su kanalından uşağın meyitini aşkar ediblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR