Bakıda gözətçi yanaraq ölüb

Bakıda gözətçi yanaraq ölüb
# 15 aprel 2016 10:00 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda bədbəxt hadisə baş verib.

Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, bir neçə gün əvvəl rayonun Qara Qarayev prospektində yerləşən avtodayanacağın gözətçi otağında yanğın baş verib. Nəticədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilən gözətçi - Bakı şəhər sakini Hicran Mənsimov aprelin 14-də orada ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR