Daşkəsəndə bıçaqlanma olub

Daşkəsəndə bıçaqlanma olub
# 25 sentyabr 2016 00:07 (UTC +04:00)

Daşkəsən. Azər Məmmədli-APA. Daşkəsəndə bıçaqlanma olub. APA-nın qərb bürosunun məlumatına görə, Daşkəsən rayon Xoşbulaq kənd sakini, 1971-ci il təvəllüdlü Mahir Əliyev qabırğaaltı kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Xəstəxanasına daxil olub.

Dərhal əməliyyat olunan M. Əliyevin vəziyyəti orta-ağır qiymətləndirilir.

M. Əliyevin dediyinə görə, o, özü-özünü bıçaqlayıb.

Daşkəsən rayon Polis Şöbəsində faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR