Samux sakini Gəncədə bıçaqlanıb

Samux sakini Gəncədə bıçaqlanıb
# 14 sentyabr 2016 16:09 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə bıçaqlanma hadisəsi baş verib.


APA-nın qərb bürosunun məlumatına görə Samux rayon Qarayeri kənd sakini, 1957-ci il təvəllüdlü Yasir Məhərrəmov qarın nayihəsinin kəsilmiş-deşilmiş yarası xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Dərhal əməliyyat edilən yaralının vəziyyəti orta ağır qiymətləndirilir.

Y. Məhərrəmov şəhərdəki bazarların birində mübahisə zəminində bıçaqlanıb. Onun kim tərəfindən bıçaqlandığı hələ məlum deyil.


Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR