Bakıda dənizdə batmaq təhlükəsi ilə üzləşmiş daha bir nəfər xilas edilib

Bakıda dənizdə batmaq təhlükəsi ilə üzləşmiş daha bir nəfər xilas edilib
# 29 avqust 2016 17:29 (UTC +04:00)

Bakı-APA. Bakının Xəzər rayonunda dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşmiş daha bir nəfər xilas edilib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar və aidiyyati üzrə təhvil veriblər.

Qeyd edək ki, avqustun 29-da günün ayrı-ayrı saatlarında paytaxtın Xəzər rayonunda dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşmiş 3 nəfər xilas olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR