Çin XİN:  G20 ölkələrinin xarici işlər nazirləri vacib məsələlərlə bağlı konsensus əldə ediblər

Çin XİN:  G20 ölkələrinin xarici işlər nazirləri vacib məsələlərlə bağlı konsensus əldə ediblər
# 04 sentyabr 2016 16:41 (UTC +04:00)

Bakı-APA. Bu gün ondan çox “Böyük iyirmilik” (G20) ölkəsinin xarici işlər nazirləri bir sıra vacib məsələlərlə bağlı konsensus əldə ediblər.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Xua Çunin bildirib.

X. Çunin deyib ki, Çin tərəfi sammitin keçirildiyi Xançjouda xarici işlər nazirlərinin şərəfinə qeyri-rəsmi nahar təşkil edib. Naharda Rusiya, Cənubi Afrika, Cənubi Koreya, İndoneziya, Meksika, Sinqapur və digər ölkələrin xarici işlər nazirləri iştirak edib: “Naharda iştirak edən xarici işlər nazirləri terrorizm, qaçqın problemi, iqlim dəyişikliyi, davamlı inkişaf, vacib regional və digər məsələlər müzakirə olunub və geniş konsensus əldə olunub”.

Qeyri-rəsmi naharda Çin xarici işlər naziri hazırda yeganə çıxış yolunun səyləri birləşdirmək olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR