® “DəmirBank” tələbələr üçün kampaniyaya start verib

<font color=red>® </font>“DəmirBank” tələbələr üçün kampaniyaya start verib
# 18 iyul 2016 15:03 (UTC +04:00)

Müştərilərini maraqlı aksiyalar ilə sevindirən DəmirBank, bu dəfə tələbələr üçün yeni ”BanKarTələbə - Güc gəlsin bizdən sizə” kampaniyasına start verib.

Kampaniyanın şərtlərinə əsasən, 18 yaşı tamam olmuş, ali və orta ixtisas təhsil müəssisələrində oxuyan tələbələr DəmirBankın istənilən filialına yaxınlaşaraq və tələbə biletini təqdim edərək, pulsuz plastik kart əldə edə bilərlər. Hədiyyə olaraq yalnız Visa Electron və MasterCard Maestro kartları təqdim olunur. Kart bir illik verilir.

Həmçinin, Bankın müştəriləri “Pul köçürənə/alana plastik kart hədiyyə” kampaniyasından da yararlana bilərlər. Belə ki, aksiya çərçivəsində, məbləğdən asılı olmayaraq, istənilən pul köçürməsi sistemi ilə pul köçürən və ya alan müştəriyə pulsuz debet kartı hədiyyə olunur.

DəmirBankın plastik kartları ilə Azərbaycanda, eləcə də dünyanın 200-dək ölkəsində 50

milyondan çox ticarət və xidmət müəssisələrində məhsul və xidmətlərə görə heç bir komissiya tutulmadan nağdsız ödəniş həyata keçirmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR