Binəqədidə maşın avtomobili və piyadanı vurub, bir nəfər ölüb

Binəqədidə maşın avtomobili və piyadanı vurub,  bir nəfər ölüb
# 17 avqust 2016 10:56 (UTC +04:00)


Bakı - APA. Avsstun 16-da Binəqədi rayonu ərazisində Ağsu rayon sakini Seymur Həmidov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolun kənarında dayanmış, Bakı şəhər sakini İntiqam Xankişiyevə məxsus “Reno” markalı avtomobili və İmişli rayon sakini Adəm İbrahimovu vurub.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, A.İbrahimov və S.Həmidov xəstəxanaya yerləşdirilib, A.İbrahimov orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR