Azərbaycan yığması dünya reytinqində irəliləyib

 Azərbaycan yığması dünya reytinqində irəliləyib
# 15 dekabr 2015 08:33 (UTC +04:00)

Bakı – APA. Dünya çempionatının seçmə mərhələ oyunlarından sonra futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması planetin 11-ci komandasıdı.

Seçmə mərhələnin Xorvatiyada keçirilən qarşılaşmalarında İsveçi 8:2, Belarusu 7:2 məğlub edib, meydan sahibləri ilə heç-heçə edən (4:4) komandamız dünya reytinqində 2 pillə irəliləyib. Bundan əvvəlki cədvəldə 13-cü olan komandamızın irəliləyişinə 19 xal qazanması səbəb olub. Belə ki, artıq yığmamızın hesabında 1388 xal var.

Bunun nəticəsində millimiz Paraqvay və Çexiyanı arxada qoyub. Dünyanın ilk “onluğ”unun bir addımlığında olan yığmamız Avropa komandaları arasında 6-cı yerdədi. Yalnız qitə nəhəngləri – İspaniya, İtaliya, Rusiya, Portuqaliya, həmçinin Ukrayna millimizi arxada qoyur.

Qeyd edək ki, ümumilikdə 154 komandanın yer aldığı siyahıya İspaniya başçılıq edir – 1923 xal.

Dünyanın ən güclü 11 millisi

1. İspaniya - 1923

2. Braziliya - 1909

3. Rusiya – 1752

4. İtaliya – 1687

5. İran - 1621

6. Argentina – 1620

7. Portuqaliya - 1584

8. Ukrayna – 1509

9. Kolumbiya - 1436

10. Yaponiya – 1411

11. AZƏRBAYCAN – 1388

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR