Naxçıvan Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasına sədr təyin edilib

Naxçıvan Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasına sədr təyin edilib
# 20 oktyabr 2015 11:08 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğu-APA. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya sədr təyin edilib.

APA-nın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, İsmayıl Qəribli Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri təyin edilib.

Qeyd edək ki, İ. Qəribli Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Aparatının Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi olub.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Etibar Musayevi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri vəzifəsindən azad edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR