Ağdamda 22 yaşlı qadın intihar edib - FOTO

Ağdamda 22 yaşlı qadın intihar edib - <span style="color: red;">FOTO
# 03 noyabr 2015 09:43 (UTC +04:00)

Ağdam. Ziya Əmirxanlı - APA. Ağdamda intihar hadisəsi qeydə alınıb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, rayon ərazisində məcburi köçkünlər üçün salınmış Baharlı qəsəbəsində 215 nömrəli evdə qeydiyyatda olan Məhərrəmova Günay Abbasəli qızı özünü asıb.

1993-cü il təvəllüdlü Günay Məhərrəmova əslən Bərdə rayonundandır, Ağdamın Seyidl kəndindən olan Mehman Məhərrəmovla ailə həyatı qurduqdan sonra Baharlı qəsəbəsində yaşayıb. Onun iki uşaq anası olduğu bildirilir. Ağdam rayon Prokurorluğunda hadisənin baş vermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR