Qusarda taksi sürücüsü bıçaqlanıb

Qusarda taksi sürücüsü bıçaqlanıb
# 03 noyabr 2015 12:03 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Qusar rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, noyabrın 2-də Qusar rayonunun Balaqusar kənd sakini İskəndər Hacıyev polis şöbəsinə müraciət edərək bildirib ki, noyabrın 1-də idarə etdiyi “VAZ-2106” markalı avtomobilə sərnişin qismində oturmuş naməlum şəxsin Aşağı-Ləyər kəndinə gedəcəyini deyib. Mənzil başına çatdıqda aralarında ödənişlə əlaqədar baş vermiş mübahisə zəminində həmin şəxs onu bıçaqlayaraq hadisə yerini tərk edib.

İ.Hacıyevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Qusar rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş kənd sakini Saşa Muradov tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR