Adil Əliyev rəqiblərindən birinin ona qarşı saxtakarlıq etməsi ilə bağlı seçicilərinə müraciət edib

Adil Əliyev rəqiblərindən birinin ona qarşı saxtakarlıq etməsi ilə bağlı seçicilərinə müraciət edib
# 19 oktyabr 2015 07:55 (UTC +04:00)

Bakı-APA. “Əziz seçicilərim, hər keçirdiyim mitinq və görüşdə sayınız durmadan artır. İnşallah, sizin dəstəyiniz sayənizdə bir daha millət vəkili seçiləcəyimə tam əminəm. Özündən çox deyən rəqiblərimdən biri həmişəki kimi dairəni qoyub bir kənara bütün günü virtual aləmdə onu “like” edənlərin sayını hesablayır. İndi də düşüb saytlardan birinin üstünə ki, “necə olur Adil Əliyev virtual səsvermədə də məni geridə qoyur?” Bəs necə olmalıdır? O qədər pəjmürdə olub ki, sayt rəhbərliyini saxtakarlıqda ittiham edir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisə deputatlığa namizəd Adil Əliyev seçicilərinə müraciət edərək bildirib.

“Mən nə həmin saytın rəhbərini tanıyıram, nə də rəqibimdən fərqli olaraq orda gedən səsverməni dəqiqə-dəqiqə izləyirəm. Ancaq ara-sıra saytdakı səsverməyə nəzər yetirdikdə görürəm ki, virtual səsvermədə də onu qabaqlayıram. Halbuki, yenə təkrar edirəm, virtual səsvermənin 20 saylı Nərimanov ikinci seçki dairəsinə heç bir aidiyyatı yoxdur. O anlamaq istəmir ki, bizi məntəqəyə gələn vətəndaş millət vəkili seçir, sosial şəbəklərdəki “like”ların sayı yox. Ancaq rəqibim əgər bu qədər “like” aludəçidirsə və bunsuz həyatını təsəvvür etmirsə, mən bu meydanda da onun dərsini verəcəm! Hər gün yazır ki, ay camaat, məni "tıklayın”. Mən bir dəfə də tərəfdarlarıma belə müraciət ünvanlamamışam. Ancaq indi ki, belə oldu, tərəfdarlarımı sosial şəbəkələrdə fəal olmağa və mənə səs verməyə çağırıram! Görsün ki, o bu meydanda da mənə rəqib ola bilməz! Heç nə demirəm, onun statuslarındakı “like”ların sayına da baxın, mənimkilərə də. Rəqəmlər də onun əleyhinədir. Buna sözü nədir?”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR