Bağdadda silsilə terror aktları nəticəsində 12 nəfər ölüb

Bağdadda silsilə terror aktları nəticəsində 12 nəfər ölüb
# 17 sentyabr 2015 11:02 (UTC +04:00)

Bakı - APA. Bağdadda silsilə terror aktları nəticəsində 12 nəfər ölüb.

APA-nın “Lenta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Reuters” agentliyi məlumat yayıb.


İki terrorçu-kamikadze şəhərin əsasən şiələrin məskunlaşdığı Bab Əl Şarki qəsəbəsində özlərini partladıb. Partlayışlar nəticəsində 8 nəfər həyatını itirib, 18 nəfər yaralanıb.

Təxminən eyni vaxtda əsasən şiələrin məskunlaşdığı Bab əl Muadam kvartalında 4 nəfərin ölümü, 9 nəfərin yaralanması ilə nəticələn növbəti terror aktı baş verib.

Hələlik partlayışlara görə heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib. Lakin polis terror aktlarının arxasında İŞİD-in olduğunu düşünür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR