Nazir: “Münaqişələrin qarşısını almaq üçün gənclərin fəallığı artırılmalıdır”

Nazir: “Münaqişələrin qarşısını almaq üçün gənclərin fəallığı artırılmalıdır”
# 25 aprel 2016 17:08 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. "Azərbaycanda gənclərin təşəbbüslərinin və fəaliyyətlərinin təmin olunması üçün geniş imkanlar yaradılır”.

APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev gənclər tədbirində deyib.

O bildirib ki, dünyanın fərqliliyi və müxtəlifliyi əslində planetin daha füsunkar olmasını təmin edir: "Ona görə də biz daha rəngarəng planet üçün səylərimizi əsirgəməməliyik. Azərbaycan tarixən müxtəlif millətlərin, xalqların, dinlərin nümayəndələrinin fikirlərinə hörmətlə yanaşıb" .

Azərbaycanda da minlərlə gəncin müharibə nəticəsində valideynlərini itirdiyini vurğulayan nazir dünyada problemlərin və münaqişələrin qarşısını almaq üçün gənclərin fəallığının artırılmasının vacibliyini qeyd edib.


Xatırladaq ki, gənclər tədbirində 6 min gənc arasından seçilən 150 nəfər iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR