® Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin orta məktəbinin şagirdləri VII Beynəlxalq Olimpiadada iştirak ediblər

<font color=red>® </font>Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin orta məktəbinin şagirdləri VII Beynəlxalq Olimpiadada iştirak ediblər
# 12 noyabr 2015 07:30 (UTC +04:00)

Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin orta məktəbinin beş nəfər 6-cı sinif şagirdi 01-08.11.2015-ci il tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən VII Beynəlxalq Olimpiadada iştirak etmişlər. Bu olimpiadada hər il Rusiya, Türkiyə, Azərbaycan, Qazaxıstan, Ukrayna, Belarusiya kimi dövlətlərin şagirdləri iştirak edərək riyaziyyat, ingilis dili, türk dili, coğrafiya fənləri üzrə öz bilik və bacarıqlarını nümayış etdirirlər. Şagirdlərimiz bu olimpiadaya məktəbimizin Xarici dillər kafedrasının müəllimi Sədaqət İsmayılovanın rəhbərliyi ilə yollanmış və müxtəlif sahələrdə öz istedadlarını nümayiş etdirərək yüksək nəticələr əldə etmişlər:

1.Qaraşov Taleh Vüsal o. İngilis dili, III yer
2. Gülmalıyev Sübhan Cəsarət o. İngilis dili, IV yer
3. Qiyaslı Tural Fərhad o. İngilis dili, IV yer
4. Məmmədov Rüstəm Fuad o. İngilis dili, IV yer
5. Cəlilov Əbdülrəhman Akif o. İngilis dili, IV yer

Kompleksin açılışında iştirak edərkən xalqımızın Ümummilli Lideri Heydər Əliyevin dediyi “belə bir məktəb mənim bu gün verdiyim tövsiyələri yerinə yetirəcəkdir və beləliklə də, daha da yüksək bilik almış, gələcək üçün hərtərəfli hazırlıqlı gənclər buraxacaqdır” sözlərini əldə rəhbər tutaraq, məktəb şagirdlərinin hərtərəfli inkişaf etmələri üçün müxtəlif tədbirlər həyata keçirilir. Şagirdlərimizin idmanın müxtəlif növləri, incəsənətin müxtəlif sahələri üzrə inkişaf etmələri üçün hər bir şərait yaradılmışdır.

Olimpiadanın gedişatında bilik yarışları ilə bərabər müxtəlif idman yarışları və müsabiqələr də təşkil olunmuşdu. Şagirdlərimiz qol güləşi, stolüstü tennis, darts turnirində həvəslə iştirak edərək, I, II, III yerləri tutmuşlar. Onların ifasında milli rəqs nümunələri rəğbətlə qarşılanmışdır.

11.11.2015-ci il tarixində məktəbdə şagirdlərimizin səfərinə dair tədbir keçirildi. Olimpiadanın gedişatına aid slaydlar nümayiş etdirildi, müəllim və şagirdlərimiz öz təəssüratlarını bölüşdülər. Tədbirdə məktəbin direktoru prof. Nasim Abışov çıxış edərək şagirdləri, valideynləri və müəllimləri təbrik etdi, şagirdlərimizin bu uğurlarının gələcəkdə də davam etməsini arzuladı. Tədbirin sonunda şagirdlərə hədiyyələr təqdim edildi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR