Maliyyə Nazirliyi 15 mln. manatlıq dövlət istiqrazları buraxır

Maliyyə Nazirliyi 15 mln. manatlıq dövlət istiqrazları buraxır
# 05 aprel 2016 14:21 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu gün Bakı Fond Birjasında Maliyyə Nazirliyinin tədavül müddəti 91 gün olan 15 mln. manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 56,5 mln. manat təşkil edib.

Maliyyə Nazirliyi tərəfindən 15 mln. manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti 97,1000 (gəlirlilik 12,1455%), orta ölçülmüş qiyməti isə 97,3346 (gəlirlilik 11,1361%) səviyyəsində müəyyən edilib.

İstiqrazların ödəmə müddəti 5 iyul 2016-cı ildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR