ABŞ-da sərnişin təyyarəsi hava burulğanına düşüb, 6 nəfər xəsarət alıb

ABŞ-da sərnişin təyyarəsi hava burulğanına düşüb, 6 nəfər xəsarət alıb
# 16 yanvar 2016 00:01 (UTC +04:00)

Bakı-APA. ABŞ-da “American Airlines” aviaşirkətinə məxsus təyyarənin hava burulğanına düşməsi nəticəsində 6 nəfər xəsarət alıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, təyyarənin Nyu-York - Mayami marşrutu üzrə uçduğu bildirilir.

Hava gəmisinin göyərtəsində 159 sərnişin və 6 ekipaj üzvü olub. Xəsarət alanların heç birinin həyatı üçün təhlükə yoxdur.

Qeyd olunur ki, təyyarə enişə təxminən 40 dəqiqə qalmış hava burulğanına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR