Rusiya NATO-nun ölkə sərhədlərində möhkəmlənməsinə qarşı 3 yeni diviziya yaradır

Rusiya NATO-nun ölkə sərhədlərində möhkəmlənməsinə qarşı 3 yeni diviziya yaradır
# 04 may 2016 11:49 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiyanın müdafiə naziri Sergey Şoyqu NATO-nun Rusiya sərhədlərində möhkəmlənməsinə qarşı bu ilin sonuna qədər 3 yeni diviziyanın yaradılacağını bəyan edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, yeni diviziyalardan 2-si Qərb, 1-i Cənub hərbi dairəsində yaradılacaq. “Müdafiə Nazirliyi tərəfindən NATO-nun Rusiya sərhədlərində möhkəmlənməsinə qarşı bir sıra tədbirlər görülür. Bu ilin sonuna kimi Qərb və Cənub hərbi dairələrində 3 yeni diviziya formalaşdırılacaq. Hazırda dislokasiya yerlərinin yaradılması prosesi gedir”, - deyə nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR