Bakı sakini oğurluq faktına görə tutulub

Bakı sakini oğurluq faktına görə tutulub
# 28 yanvar 2016 15:39 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Lənkəranda oğurluq hadisəsi baş verib. Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən (ŞRPŞ) APA-nın cənub bürosuna verilən məlumata görə, şəhərin M.F.Axundov küçəsi, dalan 1, ev 1-də yaşayan Bahadır Balaxan oğlu Heydərov ötən gün ona məxsus fərdi yaşayış evinin qarət edilməsi ilə bağlı şöbəyə müraciət edib.

Dərhal əməliyyat-axtarış qrupu yaradılıb, hadisə yerinə baxış keçirilərək istintaq üçün zəruri izlər qeydə alınıb. Məlum olub ki, mənzildən 1 ədəd 750 manat qiymətində HP markalı kompüter, 1 ədəd 150 manat qiymətində "Samsunq-Not-2" markalı planşet, 1 ədəd "Nokia-130" markalı mobil telefon, 2000 manat dəyərində brilyant qaşlı dəst sırğa-üzük, 1500 manat qiymətində brilyant qaşlı boyunbağı, 1200 manat qiymətində digər qızıl məmulatları oğurlanıb. Ümumilikdə ev sahibinə 5600 manat dəyərində maddi ziyan dəyib.

Polisin həyata keçirdiyi operativ tədbirlər nəticəsində oğurluq faktını törətmiş Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Bəhruz Feyruz oğlu Əliyev isti izlərlə yaxalanaraq istintaq orqanlarına təhvil verilib.

Faktla bağlı Lənkəran ŞRPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR