Putin dünya bazarında neftin ucuzlaşmasının səbəbini açıqlayıb

Putin dünya bazarında neftin ucuzlaşmasının səbəbini açıqlayıb
# 25 yanvar 2016 19:49 (UTC +04:00)

Bakı-APA. Dünya bazarında neftin ucuzlaşmasının səbəbi onun həddindən artıq istehsalı və Çində müşahidə olunan iqtisadi artım tempinin azalmasıdır.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin “Ümumrusiya xalq cəbhəsi”nin regionlararası forumunda çıxış edərkən bəyan edib.

“Çin bizim dostumuz və tərəfdaşımızdır. Lakin son zamanlar bu ölkə ciddi iqtisadi problemlərlə üzləşib”, deyə V.Putin bildirib.

Onun sözlərinə görə, dünya iqtisadiyyatının həcmi azalmaqda davam edir: “Bu gün yaşanan çətinliklərin səbəblərindən biri neftin həddən artıq istehsal edilməsidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR