Şahin Mustafayev Azərbaycan hökumətinin xüsusi nümayəndəsi qismində İran səfirliyində açılmış xatirə kitabına ürək sözlərini yazıb

Şahin Mustafayev Azərbaycan hökumətinin xüsusi nümayəndəsi qismində İran səfirliyində açılmış xatirə kitabına ürək sözlərini yazıb
# 01 oktyabr 2015 13:11 (UTC +04:00)

Səfirlikdən APA-ya verilən məlumata görə, o, Azərbaycan hökumətinin xüsusi nümayəndəsi qismində Həcc ziyarəti zamanı baş vermiş hadisə ilə bağlı açılmış xatirə kitabına ürək sözlərini yazıb.

Səfirlə görüşdə nazir Azərbaycan prezidentinin başsağlığı ismarıcını səfirin diqqətinə çatdırıb. Nazir bildirib ki, Azərbaycan xalqı Həcc mərasimində baş verən faciədən təəssüf hissi keçirir, İran xalqının, xüsusilə bu faciədən zərər çəkənlərin ailələrinin dərdinə şərikdir. Səfir də öz növbəsində bu hadisə haqda məlumat verərək bildirib ki, müsəlman ölkələrinin zəvvarların təhlükəsizliyinin təmin olunmasında iştirakı zəruridir.

Xatırladaq ki, Həcc ziyarəti zamanı İrandan olan çoxsaylı zəvvarın Mina çölündə faciəli şəkildə ölməsi ilə əlaqədar İranın Azərbaycandakı səfirliyində xüsusi xatirə kitabı açılıb.

Xatirə kitabı ötən gün və bu gün açıq olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR