Ali məktəblərin boş qalan yerlərinə qəbul olunanların qeydiyyatı sabah başa çatır

Ali məktəblərin boş qalan yerlərinə qəbul olunanların qeydiyyatı sabah başa çatır
# 30 avqust 2016 10:48 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qeydiyyatı davam edir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən məlumata görə, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qəbul olduqları ali təhsil müəssisələrində qeydiyyatı 31 avqust saat 17:00-da başa çatacaq. Bildirilib ki, 30 avqust saat 12.30-a olan məlumata əsasən, ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olan 553 abituriyentdən 404 nəfəri qəbul olduğu təhsil müəssisəsində qeydiyyatdan keçib.

31 avqust saat 17:00-dək abituriyentlər sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR