"Texnikabank"ın əmanətçilərinə 117,6 mln. manat kompensasiya ödənilib

"Texnikabank"ın əmanətçilərinə 117,6 mln. manat kompensasiya ödənilib
# 13 may 2016 08:36 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Texnikabank” ASC-nin əmanətçilərinə Əmanətlərin Sığortalanması Fondu tərəfindən seçilmiş agent banklar vasitəsi ilə kompensasiya ödənişi davam etdirilir.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, agent banklar tərəfindən sənədləri qaydasında olan əmanətçiyə 117 mln. 585 min manatdan artıq kompensasiya ödənilib.

Qeyd edək ki, Fond əmanətçilərin ərizələrini sığorta hadisəsi baş verdiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Sığorta hadisəsi baş vermiş “Texnikabank”ın qorunan əmanətçilərinə 100% həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.

Xatırladaq ki, “Texnikabank”ın qorunan əmanətçilərindən ərizələrin qəbuluna 12 fevral 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR