SOCAR ötən ay üçün dünya bazarında satışa çıxardığı xam neftin qiymətlərini açıqlayıb

SOCAR ötən ay üçün dünya bazarında satışa çıxardığı xam neftin qiymətlərini açıqlayıb
# 01 iyun 2016 17:11 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. SOCAR bu ilin may ayında dünya bazarında satışa çıxardığı xam neftin qiymətlərini açıqlayıb.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, may ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 46,88 dollara, Urals nefti 45,16 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 48,11 dollara satılıb.

Xatırladaq ki, 2015-ci ilin may ayında isə dünya bazarında Brent tipli xam neftin 1 bareli 64,32 dollar, Urals nefti-64,32 dollar, BTC FOB Ceyhan tipli xam neft isə 65,16 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR