Nazirlik: Tbilisidə elektrik şəbəkəsinin yaradılması ilə bağlı iclasda iştirak etmək üçün Azərbaycana müraciət olunmayıb

Nazirlik: Tbilisidə elektrik şəbəkəsinin yaradılması ilə bağlı iclasda iştirak etmək üçün Azərbaycana müraciət olunmayıb
# 17 mart 2016 09:17 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Aprel ayında Tbilisidə Azərbaycan, Gürcüstan, Rusiya, İran və Ermənistan arasında elektrik şəbəkəsinin yaradılması ilə bağlı iclasda iştirak etmək üçün Azərbaycanın Energetika Nazirliyinə hər hansı məktub və ya müraciət daxil olmayıb".


Bu barədə "APA-Economics"ə qurumun mətbuat katibi Zəminə Əliyeva bildirib.


Bundan öncə Rusiya mətbuatı xəbər verib ki, İran və Rusiya iki ölkə arasında elektrik şəbəkəsinin yaradılmasına dair danışıqlar aparır. İranda rəsmi səfərdə olan Rusiyanın energetika naziri Aleksandr Novak bildirib ki, elektrik şəbəkəsi Azərbaycan üzərindən keçəcək.

Bu xəbərin ardınca Rusiyanın dövlət agentlikləri öz mənbələrinə istinadən xəbər verib ki, aprel ayında Tbilisidə Rusiya, İran, Azərbaycan, Ermənistan və Gürcüstan rəsmiləri bu ölkələr arasında elektrik şəbəkəsinin yaradılmasını müzakirə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR