Rusiyalı politoloq: “Azərbaycanda keçirilən parlament seçkiləri xalqın iradəsini ifadə edib”

Rusiyalı politoloq: “Azərbaycanda keçirilən parlament seçkiləri xalqın iradəsini ifadə edib”
# 02 noyabr 2015 08:53 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu “Rossiya seqodnya” mətbuat mərkəzində keçirilən brifinqdə Rusiya İctimai Palatasının beynəlxalq əməkdaşlıq üzrə komissiyasının sədri Sergey Markov deyib.

Rusiyalı deputatların və ictimai xadimlərin daxil olduğu müşahidə missiyasına rəhbərlik edən S. Markov qeyd edib ki, Azərbaycandakı parlament seçkilərinin nəticələri gözlənilən olub. Onun sözlərinə görə, bu seçkilər xalqın iradəsini ifadə edib.

Hakim partiyasını təmsil edən namizədlərlə yanaşı müstəqil namizədlərin və müxalifət təmsilçilərinin mübarizə apardığını deyən rusiyalı politoloq qeyd edib ki, seçkilərdə hamı üçün bərabər şərait yaradılıb.

“Azərbaycan prezidenti İlham Əliyevin siyasəti ölkədə siyasi sabitliyə yönəlib. Ona görə də xalq hakim partiyanın nümayəndələrini seçib. Heydər Əliyev hakimiyyətə gələnədək Azərbaycan vətəndaş müharibəsi astanasında idi. Bu gün isə Azərbaycan çiçəklənən və stabil ölkədir. Belə populyarlığın fonunda Yeni Azərbaycan Partiyası parlamentdə bütün yerləri qazana bilərdi. Lakin sakitcə kənara çəkilib və müstəqil namizədlərə parlamentdə yer qazanmağa imkan yaradıb”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR