Tiflisdə qaz sızması nəticəsində gənc ailə ölüb

Tiflisdə qaz sızması nəticəsində gənc ailə ölüb
# 21 yanvar 2016 22:40 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Tiflisdə gənc ailə (ər-arvad) qaz sızmasından boğulub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, hadisə Tiflisdəki Nadzaladev rayonunun Xornobuci küçəsində qeydə alınıb. Məlumata görə, gənc ailə kirayə tutduqları evdə yaşayıblar. Ailə ilə əlaqə olmadığını görən qonşular Xilasedici Xidmətə müraciət ediblər. Nəticədə xilasedicilər gənc ailəni evdə ölmüş halda aşkar edib.

Faktla bağlı Gürcüstan CM-nin 240-cı maddəsi ilə (obyektlərdə istilik enerjisi, qaz, neft və neft məhsullarından istifadə qaydalarının pozulması) cinayət işi qaldırılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR