Balaxanı Sənaye Parkının ərazisi genişləndirilə bilər

Balaxanı Sənaye Parkının ərazisi genişləndirilə bilər
# 18 dekabr 2015 14:33 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Tullantıların təkrar emalı sahəsində ölkəmizdə “yaşıl biznes”in inkişafında əhəmiyyətli rolu olan Balaxanı Sənaye Parkına rezidentlər tərəfindən ilkin mərhələdə 10 mln. manatdan artıq investisiya yatırılması nəzərdə tutulub.

APA-Economics” xəbər verir ki, bunu iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramının icrası: sənaye parkları və sənaye məhəllələri” mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.

Nazir müavini əlavə edib ki, Balaxanı Sənaye Parkının ərazisi genişləndirilə bilər: "Yaşıl biznes" və ekobiznesə bağlı olan bu sahə inkişaf etdikcə onun ərazinin də genişləndirilməsi nəzərdə tutulur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR