Tovuz sakinini ilan sancıb

Tovuz sakinini ilan sancıb
# 02 iyun 2016 22:30 (UTC +04:00)

Tovuz. Azər Məmmədli – APA. Tovuz rayon sakinini ilan sancıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb. Kənd sakini 1977-ci il təvəllüdlü Elsevər Sahib oğlu Qasımov həyətyanı təsərrüfatında işləyərkən ilan onun sağ baldır nahiyəsindən sancıb. O dərhal Tovuz mərkəzi rayon xəstəxanasına yerləşdirilib və ona ilan əleyhinə zərdab vurulub.

Vəziyyətinin orta ağır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR