İspaniya yığması Azərbaycanla oyun üçün heyətini açıqlayıb

İspaniya yığması Azərbaycanla oyun üçün heyətini açıqlayıb
# 30 avqust 2016 09:30 (UTC +04:00)

Bakı – APA. Futzal üzrə İspaniya millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, DÇ-2016-da Azərbaycan yığmasının rəqibinin baş məşqçisi Benansio Lopes 14 nəfərə dəvət göndərib.

Bu futbolçular cəmi 5 klubu təmsil edirlər. Rəqibimiz Azərbaycan qarşı oynayacaq heyətdə daha çox “Barselona”, “Mursiya” və “İnter”in futzalçılarına güvənəcək. Onların hərəsindən 4 oyunçu çağırıldığı halda, “Sapone” və “Boloniya”dan 1 nəfərə dəvət göndərilib.

Qeyd edək ki, Kolumbiyada keçiriləcək final mərhələsində İspaniya qrupda Azərbaycan, İran və Mərakeşlə mübarizə aparacaq. Onlar sentyabrın 12-də Asiya, 15-də Afrika təmsilçisi ilə qarşılaşacaqsa, yığmamızla görüş ayın 18-nə təsadüf edəcək.

İspaniya millisinin heyəti: Xuanxo Anqosto, Pako Sedano, Xesus de Nazaret Aykardo, Serxio Lozano (hamısı “Barselona”), Xesus Errero, Karlos Ortiz, Adrian Alonso, Mario Rivilyos (hamısı “İnter”), Rafael Qarsiya, Migel Sayaqo, Raul Kampos, Aleks Yepes (hamısı “Mursiya”), Fernando Masiel (“Boloniya”), Xose Migel Ruis (“Sapone”).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR